BAKI, 19 noyabr-Sputnik. Cari ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9728,7 milyon manat təşkil edib. Onun da 4424,5 milyon manatı heyvandarlıq, 5304,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artıb.
Hazırda kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir. 2022-ci il noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələrindən 2882,4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz az məhsul götürülüb.
Orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,4 sentner təşkil edib. Bundan əlavə, məhsulu
toplanmış 30,4 min hektar qarğıdalı sahəsindən 232,7 min ton məhsul götürülüb.
Heyvandarlıq
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri
çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1658,6 milyon ədəd, yun istehsalı 2,2 faiz azalaraq 15,6 min ton olub.