AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan paytaxtı “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”na ev sahibliyi edəcək

Foruma hazırlıq çərçivəsində Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib.
Sputnik
BAKI, 19 noyabr - Sputnik. Gələn ilin fevralın 8-9-da Bakıda keçirilməsi planlaşdırılan “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” çərçivəsində iştirakçılarla görüş keçirilib. Bu barədə Azərtac-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) bildirilib.
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Qeyd olunur ki, Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”nun ölkəmizdə yeni layihələrin beynəlxalq tərəfdaşlarla keçirilməsi üçün yaxşı fürsət olduğunu söyləyib.
Bildirib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”ni əhatə edən layihələrin keçirilməsində hər zaman maraqlıdır.
Bakıda “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”
Görüş zamanı Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib, maraqlı işgüzar oyun və seminarlar keçirilib.
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.