DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ nüvə müharibəsinin nəticəsinə dair Rusiya ilə razıdır - Ağ Ev

ABŞ Rusiya ilə razıdır ki, nüvə müharibəsini başladıb qalib gəlmək olmaz.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi cümə günü bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə nüvə müharibəsinin qalib gələ bilməyəcəyi və başlamaması ilə razıdır.
Kirbi brifinq zamanı deyib: "Rusiya rəhbərliyi deyir ki, nüvə müharibəsi qalib gələ bilməz və bu, heç vaxt açılmamalıdır. Biz bu bəyanatla razıyıq".
Ağ Ev sözçünün sözlərinə görə, Vaşinqtonun Moskvadan nüvə silahından istifadə imkanları ilə bağlı "təhlükəli" ritorikasını qeydə aldığı indiki şəraitdə ABŞ Rusiya ilə kommunikasiya kanallarının açıq saxlanmasını xüsusilə vacib hesab edir.
"Bu, nüvə sahəsində mümkün səhv hesablamalardan qaçmaq üçün lazımdır", - ABŞ rəsmisi əlavə edib.
RUSİYA
"Qərbin nüvə silahı mövzusunu qızışdırması məsuliyyətsizlikdir" - Kreml