RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN beynəlxalq təşkilatlardan rus əsirlərin edamını pisləməyi tələb edib

Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin əsir götürülən 10 rus hərbçisini qəsdən öldürdüyünü bildirib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Moskva beynəlxalq təşkilatlardan rusiyalı hərbi əsirlərin edamını pisləməyi, hərtərəfli araşdırma aparmağı tələb edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz beynəlxalq təşkilatlardan bu dəhşətli cinayətin pislənməsini, onun hərtərəfli araşdırılmasını tələb edirik”, - deyə nazirliyin saytında yerləşdirilən şərhdə deyilir.
"Ukraynada rus məhbusların edamında iştirak edənlərin hamısı müəyyən ediləcək, heç kim qisasdan qaça bilməyəcək", -Zaxarova əlavə edib.
"Biz dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna tərəfinin saxlanılan Rusiya hərbçilərinə qarşı qəddar və qeyri-insani münasibətinə yönəltmişik. Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarının özləri tərəfindən mütəmadi olaraq yayılan videolarda onlar tərəfindən törədilən qətllər, işgəncələr, təhqirlər, döyülmələr əks olunub”, - Zaxarova şərhində bildirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna hərbçilərinin əsir götürülən 10 rus hərbçisini qəsdən öldürdüyünü bildirmişdi.
Cümə günü internetdə ukraynalı əsgərlərin təslim olan və yerdə uzanan rusları gülləbaran etməsini əks etdirən video yayılıb. Rusiya İHŞ sədri Valeri Fadeyevin sözlərinə görə, bu, Makeyevkada baş verib.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya XİN ABŞ-la Ukrayna ilə bağlı dialoqun mümkünsüz olduğunu açıqlayıb