RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XİN ABŞ-la Ukrayna ilə bağlı dialoqun mümkünsüz olduğunu açıqlayıb

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva və Vaşinqtonun Ukrayna münaqişəsinin müzakirəsi ehtimalı bu məsələdə köklü şəkildə əks mövqe tutduqları üçün istisna edilir.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Hazırda Ukraynadakı vəziyyətlə bağlı Rusiya Federasiyası ilə ABŞ arasında dialoq mümkün deyil.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqtonun Ukrayna münaqişəsinin müzakirəsi ehtimalı bu məsələdə köklü şəkildə əks mövqe tutduqları üçün istisna edilir.
"Əgər Ukrayna mövzusu bu və ya digər şəkildə ortaya çıxırsa, deməli, bütün bunlar qarşılıqlı siqnalların göndərilməsi janrındadır və sadəcə olaraq, dialoq, xüsusən də danışıqlar ola bilməz", - deyə "RİA Novosti" nazir müavinindən sitat gətirib.
Bundan əvvəl Ryabkov Rusiya Federasiyasının ABŞ-la diplomatik münasibətlərdən imtina etmək istəmədiyini bildirmişdi. Xarici işlər nazirinin müavini yalnız Vaşinqtonun Moskva ilə dialoqu davam etdirməkdən imtina edəcəyi təqdirdə iki dövlət arasında diplomatik münasibətlərin kəsilməsinin mümkünlüyünü etiraf edib.