CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu: O, 160 min dolları mənimsəməkdə suçlanır

Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət məhz bu araşdırmalarla əlaqədardır.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Yüksəliş Partiyasının rəhbəri Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan məlumata münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, A.Əsədli barədə tətbiq olunan bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı nazirliyə etdikləri şikayətdir.
Belə ki, partiya rəhbəri yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib:
"Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Anar Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət məhz bu araşdırmalarla əlaqədardır".
Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli Bakıdan Ankaraya (Türkiyə) uçmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində saxlanılıb.