SƏHİYYƏ

Dünyada ölüm səbəbləri arasında ikinci və üçüncü yeri bu xəstəlik tutur

İnsult qəflətən nitq pozuntusu, üzün simmetriyasının dəyişməsi, hərəkətlərin pozulması, qəfildən baş ağrısı, ürəkbulanma və görmənin pozulması tez-tez rast gəlinən əsas əlamətlərdəndir.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. "İnsult dünyada ölüm səbəbləri arasında ikinci, üçüncü yeri tutur".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova deyib.
İnsultdan bəhs edən həkim bildirib ki, xəstəliyin bir çox əlamətləri mövcuddur. Onun sözlərinə görə, qəflətən nitq pozuntusu, üzün simmetriyasının dəyişməsi, hərəkətlərin pozulması, qəfildən baş ağrısı, ürəkbulanma və görmənin pozulması tez-tez rast gəlinən əsas əlamətlərdəndir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti əlavə edib ki, alkoqol, siqaret, depressiya və artıq çəki insultun risk amilləridir.