İDMAN

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Veteranlar arasında Azərbaycan çempionatının qalibi olan iti zəka sahibi IV turda əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Azərbaycanın veteran şahmatçısı Fikrət Sideifzadə İtaliyanın Assizi şəhərində keçirilən dünya çempionatının ilk üç turunda qələbə qazanıb
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, veteranlar arasında Azərbaycan çempionatının qalibi olan iti zəka sahibi IV turda əfsanəvi gürcü şahmatçısı Nona Qaprindaşvili ilə qarşılaşacaq.
Sideifzadə ilə yanaşı daha 10 veteran şahmatçı 3 turdan sonra maksimum nəticə göstərib. Qeyd edək ki, dünya çempionatında 51 ölkədən 352 şahmatçı iştirak edir. Turnir 11 turdan ibarətdir.
Məlumat üçün bildirək ki, Beynəlxalq usta və SSRİ-i idman ustası olan Fikrət Sideifzadə, SSRİ-i vaxtında 5 dəfə Azərbaycan çempionu adını qazanıb.
1992-ci ildən isə məşqçilik fəailiyyətinə başlayan Fikrət Sideifzadə Azərbaycanın qadınlardan ibarət yığma komandasının, 1996-cı ildən isə bütün yığmaların baş məşqçisi təyin olunub. 2014-cü ildən FİDE hakimidir. Azərbaycan Respublikasında idmanın inkişafında xidmətlərinə görə "Əməkdar məşqçi" və "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adlarına layiq görülüb. 2012-ci ildən isə prezident təqaüdçüsüdür.