DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Andrey Belousov Tailandda keçirilən APEC sammitində: Orada nə baş verir?

Andrey Belousov əsas mövzusu "Balanslı, inklüziv və davamlı inkişaf" olan birinci plenar iclasda iştirak edib.
Sputnik
BAKI, 18 noyabr — Sputnik. Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Banqkokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASOİƏ - APEC ing. - red.) sammitində iştirak edir. Baş nazir müavininin nümayəndəsi jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyətinin rəhbərini Tailandın baş naziri Prayut Çan-oçi qarşılayıb.
"Andrey Belousov əsas mövzusu "Balanslı, inklüziv və davamlı inkişaf" olan birinci plenar iclasda iştirak edib. Sonra sammit iştirakçıları sədr ölkənin qonaqları ilə qeyri-rəsmi dialoqu davam etdiriblər. Sammitin proqramında görüşün keçirilməsi də nəzərdə tutulub. Təşkilatın Biznes Məsləhət Şurası iclası nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə keçiriləcək. Şənbə günü, noyabrın 19-da ticarət və investisiyaların inkişafına həsr olunacaq ikinci plenar iclas keçiriləcək", - o əlavə edib.
Taylandın 2022-ci ildə APEC-də sədrliyi "Açıqlıq. Qarşılıqlı əlaqə. Balans" devizi altında keçirilir. Tərəflər təchizat zəncirlərinin sabitliyini və dayanıqlığını yaxşılaşdırmaq üçün birgə həllər hazırlamağı, regionda rəqəmsal iqtisadiyyatın inkişafı üçün gələcək addımları və onun KOB-ların dəstəklənməsində rolunu müəyyənləşdirməyi planlaşdırırlar. İqlim gündəliyi sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriləcək. APEC ölkələrinin iqtisadiyyat nazirlərinin biodairəvi və yaşıl iqtisadiyyatla bağlı ayrıca bəyanatının qəbul edilməsi planlaşdırılır.
Sammit ərəfəsində Banqkokda APEC ölkələrinin iqtisadiyyat nazirlərinin görüşü keçirilib, burada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin və iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev iştirak ediblər.