BAKI, 17 noyabr — Sputnik. Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasına yeni üzv təyin edilib.
Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.