BAKI, 17 noyabr — Sputnik. Prezident İlham Əliyev "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib.
1.1. "Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini" sözləri çıxarılsın;
1.2. "sədrinin müavini" sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
"Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.".
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xatırladaq ki, ötən ilin iyun ayının 22-də Prezident İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaradılıb.