BAKI, 17 noyabr — Sputnik. Rusiya əleyhinə sanksiyalar ona gətirib çıxarıb ki, mart-sentyabr aylarında Rusiya Federasiyasından gübrə ixracı ötən illə müqayisədə 38% azalıb, istehlakçılar təxminən 8 milyon tondan az xammal əldə ediblər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Verşinin RİA Novosti agentliyinə müsahibəsində deyib.
O, vurğulayıb ki, ABŞ və Aİ-nin Rusiyanın kənd təsərrüfatı məhsullarını, o cümlədən gübrələri birtərəfli sanksiyalardan çıxardığını elan etməsinə baxmayaraq, faktiki olaraq Rusiya istehsalçıları və tədarükçüləri məhdudiyyətlərin həddindən artıq yerinə yetirilməsinin və əslində, sığorta, gəmi ilə yükdaşıma və bank ödənişləri üçün qadağanedici şərtlərin bloklayıcı təsiri ilə üzləşməyə davam edirlər (overcompliance).
"Konkret olaraq bu ilin mart-sentyabr aylarında Rusiyanın dünya bazarlarına gübrə tədarükü ötən illə müqayisədə 38% azalıb, idxalçı ölkələr isə 105 milyon insanı qidalandırmaq üçün 25 milyon ton ərzaq istehsal etməyə kifayət edəcək 8 milyon ton gübrə əldə etməyiblər.