BAKI, 17 noyabr — Sputnik. Zaporojye AES-in ətrafında təhlükəsizlik zonasının yaradılması barədə mümkün qədər tez razılaşmaq lazımdır, Moskva bu məsələ ilə bağlı BAEA ilə əlaqə saxlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin RİA Novosti-yə müsahibəsində bildirib.
"Zaporojye AES ətrafında istismar və fiziki nüvə təhlükəsizliyi zonasının yaradılması ilə bağlı danışıqlar davam etdirilir. Biz bu məsələ ilə bağlı BAEA katibliyi və şəxsən agentliyin Baş direktoru Rafael Qrossi ilə sıx əlaqə saxlayırıq. Onun fikrincə, bunu mümkün qədər tez etmək lazımdır", - deyə Verşinin qeyd edib.
"Bildiyimizə görə, agentliyin katibliyinin rəhbərliyi Kiyevlə dialoq aparır. Biz bu razılığın əldə olunması üçün əlimizdən gələni edirik", - deyə nazir müavini əlavə edib.
Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, blokların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır - stansiyada gücü 1 giqavat gücə malik altı enerji bloku mövcuddur. Mart ayından etibarən o, Rusiya hərbçilərinin mühafizəsindədir. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb. Ukrayna hərbçiləri Enerqodar və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edirlər.
Sentyabrın əvvəlində Qrossinin başçılıq etdiyi BAEA missiyası ZAES-ə gəlib. "Rosatom"un nümayəndə heyətinin rəhbəri və ZAES-in əməkdaşları onlara Ukrayna qoşunları tərəfindən zərər çəkmiş stansiyanın zədələnmiş hissələrini nümayiş etdiriblər. Bu andan BAEA ekspertləri stansiyadadırlar, noyabrın əvvəlində növbəti rotasiya zamanı onların sayı dörd nəfər olub. Missiyanın səfərinin nəticələrinə əsasən BAEA-da ZAES-in atəşə tutulması faktını təsdiqləyən hesabat dərc edilib. Qrossi stansiyanın ətrafında nüvə təhlükəsizliyi və mühafizə zonasının yaradılması təklifi ilə çıxış edib. Bu təklif Qrossinin Moskva və Kiyevə səfərləri zamanı müzakirə olunub.