QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağda tikiləcək obyektlərə rəy verilib - FHN

FHN rəsmisi bildirib ki, minalara görə, həmin layihələr mərhələli şəkildə ekspertiza idarəsinə təqdim edilir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə 25 nazirlik və komitədən Qarabağda tikiləcək 132 müxtəlif təyinatlı obyektlərin layihə-smeta sənədləri təqdim olunub. B unu Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli "Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları" mövzusunda keçirilən konfransda deyib.
"Bunların 79-na müsbət rəy verilib, 20 layihədə müəyyən iradlar müəyyənləşdirilib və layihəçilər onların üzərində işləyirlər. Bundan başqa 33 layihə hazırda baxılma prosesindədir",- deyə o bildirib.
T.Hüseynli qeyd edib ki, bu vaxta kimi Dövlət Ekspertiza Baş İdarəsinə 4 avtomobil yolunun tikinti layihəsi təqdim olunub.Onların ümumi uzunluğu 220 kilometrdir.
"Lakin işğaldan azad olunan ərazilərdə aparılan yol infrastrukturunun uzunluğu hazırda çoxdur. Onların bəziləri hələ ekspertizaya təqdim olunmayıb. Bunun səbəblərindən biri layihələrin tam şəkildə işlənib qurtarmamasıdır, çünki ərazilərin minalardan təmizlənməsi hala davam edir. Ona görə həmin layihələrin mərhələli şəkildə ekspertiza idarəsinə təqdim olunmasını məqsədəuyğun hesab edirik
Bəzi yollarda, keçidlərdə çox hündür dayaqlardan istifafə olunmaqla layihələndirilməsi gözlənilir. Bu layihələr hələ bizə təqdim olunmayıb. Lakin həmin layihələrin işlənilməsi mərhələsində bizim mütəxəssislərlə məsləhətləşmələrin aparılması maraqlı olardı", - T.Hüseynli hesab edir.