CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava əsasən yağmursuz olacaq

Atmosfer təzyiqinin 758 mm civə sütunu, nisbi rütubətin 60-70 % olacağı bildirilir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu 13-16° isti olacaq.
Bakıda 13-15° isti, atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 15-19° isti, dağlarda 4-8° isti olacaq.