BAKI, 17 noyabr - Sputnik. Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya və Azərbaycan əlverişli coğrafi mövqeyindən tam istifadə etməli və nəqliyyat və tranzit potensialını fəal şəkildə inkişaf etdirməlidir.
“Biz Rusiya və Azərbaycanın Avrasiyanın və Xəzər regionunun mərkəzində əlverişli coğrafi mövqeyindən tam istifadə etməli, nəqliyyat və tranzit potensialını fəal şəkildə inkişaf etdirməliyik”, - Mişustin baş nazir Əli Əsədovla görüşdə deyib.
O qeyd edib ki, o, ilk növbədə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil və dəniz infrastrukturunun yaradılmasını nəzərdə tutur.
"Müvafiq yol xəritəsi əsasında artıq bu istiqamətdə işlərə başlanılıb. Biz "Şimal-Cənub" beynəlxalq dəhlizinin qərb marşrutu ilə yükdaşımaların həcmini 2030-cu ilədək ildə 15 milyon tona çatdırmağı planlaşdırırıq", - o deyib.
Mişustin vurğulayıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Zaqafqaziyada iqtisadi və nəqliyyat əlaqələrinin blokunun açılmasına dair razılaşmaların həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Biz əminik ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına uyğundur", - Rusiya hökumətinin başçısı izah edib.
Ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni layihələr
Mişustin qeyd edib ki, Moskva Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyədə olmasında maraqlıdır, onu yeni məzmun və konkret layihələrlə doldurmaq istəyir.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Azərbaycan arasında hökumətlərarası dialoq ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün iki ölkə prezidentləri tərəfindən qarşıya qoyulan bütün vəzifələrin həllinə yönəlib.
"Söhbət sənaye əməkdaşlığı, nəqliyyat, enerji, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət kimi prioritet sahələrdən gedir. Biz əməkdaşlığımızın daha yüksək səviyyəyə çatmasında maraqlıyıq və təbii ki, onu yeni məzmun və konkret layihələrlə doldurmaq istəyirik. ölkələrimizin vətəndaşlarının maraqlarına uyğundur”, - Rusiya hökumətinin başçısı bildirib.
O xatırladıb ki, bu ilin on ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 20 faiz artaraq 3 milyard dollar təşkil edib.