RUSİYA

Kiyev danışıqları istəmir, ona görə də ilkin şərtlər irəli sürür – Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Kiyevin danışıqlar üçün irəli sürdüyü ilkin şərtlər Ukrayna tərəfinin bu prosesə başlamaq istəmədiyini göstərir.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Kiyevin danışıqlar üçün irəli sürdüyü ilkin şərtlər Ukrayna tərəfinin bu prosesə başlamaq istəmədiyini göstərir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "RTVi"yə müsahibəsində deyib.
"Son günlər danışıqlar haqqında çoxlu müxtəlif fərziyyələr səslənir ki, bəzi ilkin şərtlər var, ilkin şərtlər yoxdur. Bilirsiniz ki, ilkin şərtlərlə danışıqlara getmək əks nəticə verir. Bu o deməkdir ki, bu insanlar nə danışıqları istəyirlər, nə də nəticəni", – deyə Ryabkov bildirib.
"Biz indi Kiyevin mövqeyində məhz bunu görürük. Onlar danışıqları istəmirlər, ona görə də ilkin şərtlər irəli sürürlər", - deyə nazir müavini qeyd edib.
Diplomatın sözlərinə görə, ilkin şərtlər başqadır, real mövqe isə başqa.
"Son vaxtlar Rusiya Federasiyasına qəbul edilmiş bütün subyektlərin bir hissəsi kimi ərazi bütövlüyümüzü qeyd-şərtsiz təmin edən mövqemiz var. Xüsusi hərbi əməliyyatın qarşısında duran məqsədləri müəyyən edən, reallaşdıran, diplomatik vasitələrlə həyata keçirilməsinin zəruri olduğunu ortaya qoyan mövqe və bu mövqe sarsılmazdır. Ancaq bu, ilkin şərt deyil. Biz danışıqlar zamanı bu mövqeyi həyata keçirməliyik", - deyə Ryabkov bildirib.
"Bu, bizim, əvvəllər danışıqlar prosesinə birbaşa cəlb olunanların və fikrimcə, indidən belə hansısa mərhələdə cəlb olunacaqların qarşısında dayanan məsələdir", - diplomat əlavə edib.