DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: "Taxıl müqaviləsi daha bir il uzadıla bilər"

Ərdoğan Putin və Zelenski ilə taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.
Sputnik
BAKI, 17 noyabr - Sputnik. Noyabrın 17-də 120 gün uzadılan taxıl müqaviləsi bu müddət bitdikdən sonra bir illik uzadıla bilər.
"Report" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib.
Çavuşoğlunun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə, o cümlədən taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.
DÜNYA XƏBƏRLƏRİ
"Taxıl sazişi"nin müddəti ilə bağlı yeni qərar verildi