BAKI, 17 noyabr — Sputnik. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə "Tarixin səhifələri" adlı qəzetin baş redaktoru vəzifəsində çalışan Faiq Əzimzadə saxlanılıb. Bunu DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. Qeyd olunub ki, araşdırmalar zamanı onun vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq əməlləri törətdiyinə dair əsaslı şübhələr yaranıb. F.Əzimzadə barəsində Bərdə RPŞ-də Cinayət məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, bir müddət əvvəl də Azərbaycanda sayt rəhbəri tutulub. "Demokratik.az" saytının baş redaktoru Osman Nərimanoğlu Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.