BAKI, 17 noyabr - Sputnik. Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!