AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib

Hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar Ali Məhkəmənin hakimi ilə bağlı qərar verilib.
Sputnik
BAKI, 17 noyabr — Sputnik. Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib. Bu barədə Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.
O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.
Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.
Qeyd edək ki, ötən il 230-dək hakimin fəaliyyəti qiymətləndirilib və peşəkar çatışmazlıqlar aşkar edilən 10 hakimin səlahiyyətlərinə xitam verilib. Fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilən 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib. Apellyasiya məhkəməsinin 2 hakiminin səlahiyyətlərinə ərizələrinə əsasən vaxtından əvvəl xitam verilib.