RUSİYA

"Şimal axını" ətrafındakı sükuta diqqət edin - Peskov

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib ki, heç kim bu təxribatı kimin təşkil etdiyini aydınlaşdırmağa tələsmirdi.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. "Şimal axını" ilə bağlı təxribata görə məsuliyyət daşıyanların axtarışında "diqqətlə qorunan" sükuta və heç kimin bu mövzunu gündəmə gətirməyəcəyinə diqqət yetirin. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Heç kim bu təxribatı ("Şimal axını"nda - red.) kimin təşkil etdiyini aydınlaşdırmağa tələsmirdi. Üstəlik, indiki vaxtda heç kim bu mövzunu gündəmə gətirmək fikrində deyil. Siz və mən, hamımız susqunluğa diqqət yetirməliyik", – Peskov jurnalistlərə bildirib.
Hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir.
"Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı iş açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona sorğu haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.