DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın Azərbaycandakı səfirliyi seçkilərə hazırlaşır

Səfir qeyd edib ki, 20 noyabrda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq, Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb. Bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, 20 noyabrda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olaraq Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı seçki məntəqəsi yaradılıb.
Diplomat əlavə edib ki, seçki məntəqəsi lazımi avadanlıqlarla təchiz edilib.
Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.