RUSİYA

Ərdoğan: Türkiyə Rusiya ilə münasibətləri inkişaf etdirməyə davam edəcək

Türkiyə lideri təhrik üsulunu yanlış hesab etdiyini və sülhə gedən yolun dialoqdan keçdiyini dilə gətirib.
Sputnik
BAKI, 16 noyabr — Sputnik. Türkiyə Rusiya ilə münasibətləri və dialoqu inkişaf etdirməyə davam edəcək. Ukraynada sülhə gedən yol dialoqdan keçir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən mətbuat konfransında deyib.
"Biz həm Rusiyanın, həm də Ukraynanın masa arxasına əyləşməsi üçün səy göstəririk. Rusiya ilə münasibətlərin və dialoqun inkişafını davam etdirəcəyik. Mən təhrik üsulunu (Rusiyanın) yanlış hesab edirəm. Sülhə gedən yol dialoqdan keçir. Biz bütün dünyada sülhün olmasını istəyirik. Mən qayıdan kimi hörmətli (Rusiya Federasiyasının Prezidenti) Putinlə "telefon diplomatiyamızı" davam etdirəcəm", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya ikitərəfli münasibətləri yaxşı əsaslara malikdir.
"Biz qonşu ölkələrik və münasibətlərimizi inkişaf etdirməyə davam edirik", - deyə Ərdoğan vurğulayıb.