RUSİYA

Zelenskinin "Minsk-3"lə bağlı sözləri Kiyevin danışıqlara getmək istəmədiyini təsdiqləyir

Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Volodimir Zelenskinin "Minsk-3"ün olmayacağı ilə bağlı bəyanatı Kiyevin danışıqlar aparmaq istəmədiyi mövqeyini təsdiqləyir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə bildirib.
"Tamamilə təsdiqləyir" - deyə o, "Zelenskinin bu sözləri Rusiya Federasiyası ilə danışıqlara getməmək mövqeyini təsdiq edirmi?" sualına cavabında deyib.
Xatırladaq ki, Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub.