PAYTAXT XƏBƏRLƏRİ

Sumqayıtlı üç qardaşın Bakı sərgüzəştləri

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Yasamal və Nəsimi rayonları ərazisində avtobuslarında 6 nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinlərini saxlayıb.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Bakıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan 3 qardaş tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş - Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.