CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəmkirdə nişanlanan yeniyetmə ilə bağlı məsələ necə həllini tapıb?

Yeniyetmənin valideynləri toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar.
Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qızın ailəsi hələlik elçiliyin keçirildiyini, yaxın günlərdə isə nişan mərasiminin olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər.
DİN-dən bildirilib ki, qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq: "Yetkinlik yaşına çatmayan şəxslərin nikaha cəlb edilməsi məsuliyyət yaradır və məsuliyyət valideynlərin üzərindədir".
Qeyd edək ki, 14 yaşlı yeniyetmə qızın 26 yaşlı əmisi oğlu ilə nişanlanması xəbəri bu gün yayılıb.