TƏHSİL

Sabahdan şagirdlərin payız tətili başlayır

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Sabahdan, noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayır.
Sputnik Azərbaycan-ın məlumatına görə, payız tətili noyabrın 20-dək davam edəcək.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Növbəti tədris günü noyabrın 21-dir.
Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.