BAKI, 15 noyabr — Sputnik. Sanksiyaların köməyi ilə Rusiyanı iqtisadi tələyə salmağa çalışan Qərb vəziyyəti səhv hesabladığını anlamağa başlayıb.
Bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun (DİBMİ) direktor müavini Vladimir Milovidov "RİA Novosti"yə bildirib.
"Məndə belə bir təəssürat yaranıb ki, Qərb ölkəmizə qarşı uçqun kimi bütün sərt tədbirləri görməklə böyük səhv etdiyini anlamağa başlayıb", - deyə o, sözünə davam edib.
"Sanksiyalar vasitəsilə Rusiyanı iqtisadi tələyə salmaqla, onu ya Ukraynadakı xüsusi əməliyyatı dayandırmağa, ya da şərtlərini diktə edə biləcəyi danışıqlar masası arxasına oturmağa məcbur etmək hesablanmışdı. Amma bunu etmək alınmadı. Rusiya dediyi hədəflərə çatmaq üçün öz yoluna davam edir, heç bir şey dayanmır," – deyə o əlavə edib.
O, yaranmış vəziyyəti biri qısa, digəri isə uzun məsafəyə qaçan iki qaçışçı ilə müqayisə edib. "Getdikcə daha aydın olur ki, Rusiyanın strategiyası strateji məqsədləri və planları olan dayanıqlı strategiyadır. Avropalılar isə amerikalılarla birlikdə sprinterlər oldular", - deyə Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktorunun müavini qeyd edib.
"Onlar o qədər böyük sürətlə irəli cumdular ki, artıq nəfəsləri tükənməyə başlayır, yorulurlar. Sənə dedilər: 100 metr qaç, sən də qaçdın. Amma, heç demə, 100 metr yox, daha böyük məsafəyə qaçmaq lazım imiş. Və, budur, sən növbəti yüz metrlik qaçış məsafəsinin qarşısındasan və düşünürsən: "Görəsən, davam olaraq qaçım, yoxsa yox?" Amma bu qaçışa güc qalmayıb, çünki artıq əlindən gələni etmisən", - deyə Milovidov vurğulayıb.