RUSİYA

Putin: "Tarixi yenidən yazmaq cəhdləri Rusiyanı zəiflətməyə yönəlib"

Rusiya prezidenti bildirib ki, bir sıra dövlətlərin dünya tarixini yenidən yazmaq, yenidən formalaşdırmaq cəhdləri getdikcə daha aqressiv xarakter alır.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Tarixi yenidən yazmaq cəhdləri Rusiya Federasiyasını zəiflətməyə yönəlib. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Bir sıra dövlətlərin dünya tarixini yenidən yazmaq, yenidən formalaşdırmaq cəhdləri getdikcə daha aqressiv xarakter alır. Ümumilikdə cəmiyyətimizə münasibətdə aşkar bir məqsəd güdür - ən azı Rusiyanı zəiflətmək və onun suverenliyinə təsir etmək, əslində, suverenliyi sarsıtmaq", - deyə dövlət başçısı çərşənbə axşamı "Pobeda" təşkilat komitəsinin iclasında bildirib.
"Tarixin təhrif edilməsi, əfsanələrin yayılması, dəyərlərin aşınması - bir çox cəhətdən dövlətlərin və xalqların qurulması bundan, bu miflərdən başlayır. Belə bir ssenari gördüyümüz kimi, artıq bəzi ölkələrdə, o cümlədən Ukraynada və bir sıra digər ölkələrdə sınaqdan keçirilib. Ölkəmizlə, Rusiya ilə eyni şeyi etmək cəhdləri olub, lakin biz öz maraqlarımızı müdafiə etmək üçün vaxtında və kifayət qədər möhkəm bir sədd çəkmişik", - Putin deyib.
RUSİYA
Putin: Rusiya öz siyasətini tarixi faktlar əsasında quracaq