RUSİYA

Putin: Rusiya öz siyasətini tarixi faktlar əsasında quracaq

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, İkinci Dünya müharibəsində qələbənin Sovet İttifaqının bütün xalqlarının nümayəndələri tərəfindən qazanıldığını unutmaq olmaz.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Rusiya gələcəkdə öz siyasətini tarixi faktlar əsasında quracaq. Bu gün bu, praktiki əhəmiyyət kəsb edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Biz sizinlə birgə hər şeyi edəcəyik ki, faktlar, tarixi faktlar milyonlarla insanın mülkiyyətinə çevrilsin, bugünkü davranışımızı və gələcək üçün siyasətimizi əsasən onların üzərində quraq. Bu, ölkəmizin bu günü və gələcəyi üçün mücərrəd deyil, ciddi, tətbiqi əhəmiyyət kəsb edir", - deyə Putin Rusiyanın "Pobeda" Təşkilat Komitəsinin iclasında deyib.
O qeyd edib ki, əlbəttə ki, İkinci Dünya müharibəsində qələbənin Sovet İttifaqının bütün xalqlarının nümayəndələri tərəfindən qazanıldığını unutmaq olmaz.
"Biz bunu heç vaxt unutmamışıq, unutmuruq və unutmayacağıq. Eyni zamanda, bu da tarixi faktdır ki, Böyük Vətən müharibəsində itkilərin 69%-i, demək olar ki, 70%-i RSFSR-in payına düşür. Bu da tarixi faktdır", - deyə prezident vurğulayıb.