DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G20 Sammitində prezidentin halı pisləşib

Bali adasında keçirilən G20 Sammitində iştirak edən Argentina Prezidenti Alberto Fernandesin halı qəfil pisləşib.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. İndoneziyanın Bali adasında keçirilən G20 Sammitində iştirak edən Argentina Prezidenti Alberto Fernandesin halı pisləşib.
Bu barədə Argentina Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
O yüksək təzyiq və başgicəllənməsi ilə əlaqədar həkimlərə müraciət edib. Prezidentin səhhətində ağırlaşmanın qarşısını almaq üçün diaqnostika aparılır.
Qeyd edək ki, bu gün keçiriləcək görüşlərdə Argentinanı bu ölkənin XİN rəhbəri Santyaqo Kafyero təmsil edəcək.
Xatırladaq ki, G20 sammitinin iclası 16 noyabrda yekunlaşacaq.