İndoneziyanın Bali adasındakı Nusa Dua kurort zonasında ərzaq və enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş "Böyük iyirmilik" (G20) ölkələrinin liderlərinin iki günlük sammitinin birinci sessiyası açılıb.
Sessiyadan əvvəl İndoneziya Prezidenti və "İyirmilik"- 2022-ci il İndoneziya sədrliyinin rəhbəri Coko Vidodo sessiyaya gələn iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə şəxsən görüşüb.
İkinci sessiya da çərşənbə axşamı baş tutacaq. Burada qlobal səhiyyə arxitekturasına diqqət yetirəcək. Rəqəmsal transformasiya üzrə üçüncü sessiya isə çərşənbə günü keçiriləcək.
Sammitin sessiyaları qapalı rejimdə keçirilir.