İQTİSADİYYAT

Azərbaycanda UDM bumu: Yüz milyard manatdan artıq istehsal

Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər nəfərinə düşən ÜDM 11 min 32,8 manata bərabər olub.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Cari ilin yanvar-oktyabr aylarında ölkədə 111 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,7 faiz artıb.
ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 32,8 manata bərabər olub.