HƏRBİ

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edirlər - VİDEO

Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu” çərçivəsində təlim keçirlər.
Sputnik
BAKI, 15 noyabr — Sputnik. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında paylaşım edilib.
Paylaşımda belə qeyd olunur:
“Birik, bərabərik və güclüyük!
Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış məhəllələrdə terrorçularla mübarizə əməliyyat kursu” çərçivəsində təlim keçirlər.