DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Üç böyük təşkilatın yüksək vəzifəli şəxslərinin qeyri-rəsmi görüşü keçiriləcək

Noyabrın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. Noyabrın 16-da Moskvada KTMT, ŞƏT baş katiblərinin və MDB İcraiyyə Komitəsi sədrinin qeyri-rəsmi görüşü keçiriləcək.
Bu barədə KTMT Katibliyi məlumat yayıb.
"Noyabrın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının yüksək vəzifəli şəxslərinin 10-cu qeyri-rəsmi görüşü keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zas, İcraiyyə Komitəsinin sədri - MDB-nin icraçı katibi Sergey Lebedev və ŞƏT-in baş katibi Çjan Min üç ən böyük regional beynəlxalq təşkilatın qarşılıqlı fəaliyyətini, həmçinin Avrasiya məkanında təhlükəsizlik məsələlərini müzakirə edəcəklər", - KTMT katibliyindən bildiriblər.
O da qeyd olunur ki, noyabrın 15-də KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov ŞƏT-in baş katibi ilə görüşəcək.