HADİSƏ

Türkiyə XİN rəhbəri: Terrorçuların arxasında dayananlar cavab verəcəklər

Türkiyənin xarici işlər naziri bildirib ki, Türkiyədə və qonşu ölkələrdə terrorçulara qarşı mübarizə davam edəcək.
Sputnik
BAKI, 14 noyabr — Sputnik. "Terrorçular və onların arxasında dayananlar cavab verəcəklər".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Türkiyədə və qonşu ölkələrdə terrorçulara qarşı mübarizə davam edəcək.
Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 55-i artıq evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.
HADİSƏ
XİN: "İstanbuldakı partlayışda yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur"