BAKI, 14 noyabr — Sputnik. İsveçrə Ukraynaya silah tədarük etməyəcək. "RİA Novosti" xəbər verir ki, bunu İsveçrə Prezidenti İqnazio Kassis bildirib.
Kassis vurğulayıb ki, Bern birbaşa və ya dolayısı ilə hər hansı hərbi münaqişədə iştirak etmək niyyətində deyil. Xüsusilə, İsveçrə Avropadakı müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, Kiyevə silah və ya qoşun göndərməkdən tamamilə imtina edir.
O, İsveçrənin neytral dövlət statusunu qoruyub saxlaya biləcəyinə əminliyini ifadə edib.
Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qants da bildirib ki, bu ölkə Ukraynanı dəstəkləyir, lakin "bir sıra əməliyyat səbəblərinə görə" Kiyevi silahla təmin etmək niyyətində deyil.
Öz növbəsində, yaponiyalı deputat Muneo Suzuki bildirib ki, Ukrayna Qərb silahlarının tədarükü olmadan döyüşə bilməyəcəksə, Rusiya ilə münaqişəyə son qoymalıdır.