HADİSƏ

İstanbulda baş verən terror aktının nəticələri – canlı yayım

Dünən 6 nəfərin həyatına son qoyan terror aktının törədildiyi İstanbuldan canlı yayım.
Sputnik
Noyabrın 13-də İstanbulun ən məşhur turistik yerlərindən biri olan Taksim meydanına çıxan İstiqlal küçəsində partlayış baş verib. Hadisədən sonra bölgəyə çox sayda tibbi briqada göndərilib, təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bazar günü İstanbulun İstiqlal küçəsində bomba qoyan şəxsin saxlanıldığını açıqlayıb.
Soylunun sözlərinə görə, ilkin məlumatlara görə, partlayışın arxasında PKK və YPG terror təşkilatları dayanır. Hər ikisi Türkiyədə terrorçu kimi tanınır.