BAKI, 14 noyabr — Sputnik. Zaporojye AES-də təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar hər gün artır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.
"Narahatlıqlar hər gün artır. Davamlı atəşlər, enerjidə müntəzəm fasilələr. Dizel generatorları bir neçə saat, bəlkə də bir neçə gün işləyir, sonra elektrik qayıdır və sən nəfəs alırsan. Amma üç gün sonra hər şey yenidən başlayır", - Qrossi "Indian Express"ə bildirib.
ZAES Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısının alınması baxımından Rusiya hərbçilərinin elektrik stansiyasının mühafizə altına alınmasının vacibliyini bildirib. Ukrayna hərbçiləri isə Enerqodarı, ətraf kəndləri və Zaporojye AES-in şəhərə bitişik ərazilərini mütəmadi olaraq atəşə tutmaqda davam edir.