BAKI, 14 noyabr — Sputnik. Rusiya və Türkiyə prezidentiləri arasında danışıq hələlik planlaşdırılmır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinlə Ərdoğan arasında danışıq hələlik planlaşdırılmır, lakin danışıq bir neçə saata razılaşdırıla bilər.
"Putinin və Ərdoğanın müzakirə edəcəyi çox məsələlər var", - deyə Kremlin sözçüsü vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə və Rusiya liderləri ehtiyacı olan ölkələrə pulsuz ərzaq tədarük etmək barədə razılığa gəliblər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Putinlə danışıqlarımız zamanı ehtiyacı olan ölkələrə pulsuz taxıl göndərmək barədə razılığa gəldik. Biz Putinlə razıyıq ki, Afrika Qara dəniz taxıl dəhlizindən faydalanmalıdır. Hazırda ağır ərzaq böhranı və aclıqdan əziyyət çəkir", - Türkiyə lideri vurğulayıb.
Ərdoğanın sözlərinə görə, o, bunu BMT-nin baş katibi Antonio Quterreşlə də müzakirə edib. Bundan əlavə, prezident Balidə keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini gündəmə gətirmək niyyətində olduğunu açıqlayıb.
Noyabrın 2-də Putin bəyan edib ki, Rusiya taxıl sazişindən çıxsa belə, ən yoxsul ölkələrə taxıl tədarük etməyə hazırdır. O, xüsusi vurğulayıb ki, taxıl sövdələşməsi ən kasıb ölkələrin ərzaq təhlükəsizliyinin maraqlarını təmin etmək bəhanəsi ilə həyata keçirilsə də, Ukrayna ərazisindən onlara taxılın cəmi 4%-i çatdırılıb. O, həmçinin əlavə edib ki, Rusiya gələcəkdə Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacaq.