BAKI, 14 noyabr — Sputnik. Abşeronda saxta pul hazırlayan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.