BAKI, 14 noyabr - Sputnik. "Azərbaycan Hava Yolları" QSC Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyənlərə müraciət edib.
Müraciətdə deyilir ki, artıq bu istiqamətdə səyahət edənlərdən koronavirus (COVID-19) pandemiyası ilə bağlı PSR-testi və yaxud vaksin sertifikatı tələb olunmur.
Azərbaycan vətəndaşları üçün vizanı öncədən rəsmiləşdirmək kifayətdir.