BAKI, 13 noyabr - Sputnik. “Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumatda bildirilir.
Eyni zamanda qeyd edilir ki, həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.
Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək.