BAKI, 13 noyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kambocada keçirilən Şərqi Asiya Sammitində iştirak edib. Bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında məlumat verib.
Xatırladaq ki, 12-13 noyabr tarixlərində Pnompendə 17-ci Şərqi Asiya Sammiti keçirilir. Rusiya nümayəndə heyətinə nazirliyin rəhbəri başçılıq edir.
Sergey Lavrovun, həmçinin, ŞAS çərçivəsində bir sıra ikitərəfli görüşləri də gözlənilir. Nazir Kambocadan sonra Bali adasına yollanacaq və burada G20 sammitində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.
KİV-in məlumatına görə, ABŞ prezidenti Co Bayden və Rusiyanın xarici işlər naziri Sergey Lavrov müxtəlif sammitlərə gedən yolda Rusiya bulvarı ilə hərəkət ediblər.
Qeyd edək ki, Lavrov ŞAS-da, Amerika lideri isə ASEAN(Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası ) - ABŞ sammitində iştirak etmək üçün yola düşüblər.
Həmçinin qeyd olunub ki, ŞAS (Şərqi Asiya Sammiti) çərçivəsində Sergey Lavrov və onun indoneziyalı həmkarı Retno Marsudi G20 çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. Bundan əlavə, onlar ikitərəfli əməkdaşlıqdan danışıblar.