DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Demokratlar ABŞ Senatına nəzarəti əldə saxlayacaqlar

Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Nevada ştatında keçirilən aralıq seçkilərdə hazırkı Demokrat senator Ketrin Kortez Masto qalib gəlir və nəticədə demokratlar ABŞ Konqresinin yuxarı palatasına nəzarəti əldə saxlayacaqlar.
“Report” xəbər verir ki, belə bir proqnozla “NBC” televiziya şirkəti, eləcə də bir sıra digər aparıcı Amerika KİV-i çıxış edib.
NBC-nin məlumatına görə, Kortez Masto səslərin 96%-ni hesabladıqdan sonra Respublikaçılar Partiyasından olan rəqibi Adam Laksaltı (48,2 faiz səs toplayıb – Red) 0,5 faiz üstələyib və 48,7 faiz səs toplayıb.
İki namizəd arasındakı fərq cəmi 4 982 səsdir. Yekun nəticələr daha sonra açıqlanacaq, lakin mövcud təcrübəyə görə, səsvermənin nəticəsi artıq dəyişə bilməyəndə ABŞ mediası qalibi elan edir.
Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.
Bu, ümumilikdə 100 yerə malik olduğu üçün yuxarı palataya nəzarəti Demokratlara verir. Əgər hər iki partiya 50 yer əldə etsə, vitse-prezidentin, yəni demokrat Kamala Harrisin səsi həlledici olacaq.