HADİSƏ

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Sputnik
BAKI, 13 noyabr - Sputnik. Sabahın hava şəraiti haqqında məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.