Azərbaycan-Ermənistan sərhədində vəziyyət

MN: Azərbaycan Ordusu Ermənistan SQ-nin bölmələrinə atəş açmayıb

Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib.
Sputnik
BAKI, 12 noyabr - Sputnik. Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ordumuzun mövqeləri atəşə tutuldu: adekvat cavab tədbirləri görülüb