CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Haqsız yerə "qurban"ı - piyadanı müdafiə etmək daha çox qayda pozuntusuna səbəb ola bilər

Əliməmməd Nuriyev deyir ki, real olaraq günahkar şəxsi, "qurban"ı müdafiə edəcəyiksə, o zaman piydalar tərəfindən yol hərəkəti qaydaları pozulacaq
Sputnik
BAKI, 12 noyabr — Sputnik. Son zamanlar nəqliyyatla bağlı cinayətlərin sayında müəyyən intensivlik müşahidə olunur. Bu da sürücülük mədəniyyətinin yetərli səviyyədə olmamasından qaynaqlanır. Bunu Sputnik Azərbaycan-a açıqlamasında hüquq müdafiəçisi Əlimməd Nuriyev deyib.
Əliməmməd Nuriyev
O bildirib ki, nəqliyyatla bağlı cinayətlərin sayının artmasının bir səbəbi də piyadaların öz vəzifələrini bilməməsidir:

"Təsəvvür edin, ən sürətli yolda piyada yolu keçir, nəticədə qəza vəziyyəti yaranır. Bu şəxs qanunsuz hərəkəti nəticəsində qurbana da çevrilir. Amma nə baş verir? Bütün hallarda sürücülər cinayətkar kimi qiymətləndirilməməlidirlər. Qanunların yeganə məqsədi yalnız sürücünü məsuliyyətə cəlb etmək olmamalıdır".

Ekspertin sözlərinə görə, bu kimi arzuolunmaz halların qarşısını almaq üçün real olaraq günahkar şəxs, yəni "qurban" müdafiə ediləcəksə, o zaman piydalar tərəfindən yol hərəkəti qaydaları daha çox pozulacaq.
"Bu halda piydalar düşüncək ki, onlar bütün hallarda haqlıdırlar", - deyə hüquq müdafiəçisi fikrini tamamlayıb.