RUSİYA

Rusiyada dinamik mühafizəli "BMP-3"-ün kütləvi istehsalına başlanılıb

Dinamik mühafizəsi olan "BMP-3" ilk dəfə 2001-ci ildə Omskda keçirilən sərgidə təqdim edilib.
Sputnik
BAKI, 11 noyabr - Sputnik. "Kurqanmaşzavod" Rusiya ordusu üçün qüllədə anti-kumulyativ dinamik mühafizə modulları olan "BMP-3" piyadaların döyüş maşınının kütləvi istehsalına başlayıb. Bu barədə cümə günü Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Telegram-kanalında dərc olunan videoda deyilir.
"BMP-3" Rusiya qoşunları tərəfindən Ukraynada keçirilən xüsusi əməliyyatda fəal şəkildə istifadə olunur. Əvvəllər Rusiya ordusuna dinamik müdafiə ilə BMP-3 tədarükü barədə məlumat verilmirdi.
Dinamik zireh BMP-3-ün döyüş meydanında sağ qalma qabiliyyətini artırmalıdır, çünki onun tank əleyhinə silahlarla vurulma ehtimalını azaldır.
Kadrlarda görünür ki, “Kurqanmaşzavod”ın onlarla yeni piyada döyüş maşını olan emalatxanalarında, qüllələrin ön və yan tərəflərində dinamik mühafizə modulları üçün dayaqlar olan ekranlar quraşdırılıb. Ümumilikdə - 100 mm-lik silahın sağına və soluna beş zireh montaj olunub.
Rusiya Müdafiə Nazirliyinin Baş Zirehli İdarəsinin rəisi Aleksandr Şestakov bildirib ki, "BMP-3", "BMP-2", "BTR-82A", "BTR-80" zirehli döyüş maşınları üçün əlavə mühafizə dəstləri yaradılıb və bu dəstlər ilk növbədə, xüsusi hərbi əməliyyatların aparıldığı ərazilərə çatdırılıb.
İlk dəfə dinamik mühafizəsi olan "BMP-3" 2001-ci ildə Omskda keçirilən sərgidə təqdim edilib.
Bildirilib ki, mühafizə “Kaktus” adlanırdı və onunla birlikdə BMP-3 550 millimetrlik zirehi dələ bilən qumbaraların zərbələrinə tab gətirə bilir.